3 mövsümə 83,5 milyon dollar! (FOTO)
6 aprel 2010 12:52

Los-Anceles Leykersin və ABŞ millisinin lideri Kobi Brayant klubla yeni 3 illik müqavilə bağlayıb. Azerisport.az Yahoo!Sports portalına istinadla xəbər verir ki, bu müddətdə o 83,5 milyon dollar qazanacaq. Növbəti mövsümdən etibarən onun maaşı hər il artaraq, əvvəlcə 25,2, sonra 27,8, daha sonra isə 30,5 milyon dollar olacaq. Maraqlıdır ki, onun müqaviləsinə basketbolçunun mümkün satışı və ya dəyişilməsi barədə bənd də salınıb.