Türkiyəli basketbolçu yığmanın meneceri oldu
7 aprel 2010 12:05
Basketbol üzrə kişilərin Azərbaycan yığmasında yeni menecer işə başlayır. Azerisport.az xəbər verir ki, buna qədər üç il ərzində Qərb Universiteti komandasında forma geyən Ləvənt Türknas milli komandada fəaliyyətə başlayıb. Türknas buna qədər xidmətlərini vətəninin yığmasına təklif etsə də, rədd cavabı alıb. Yeni menecerin səlahiyyətlərinə komandanın Türkiyəyə səfəri və orada keçiriləcək birinci divizion komandaları arasında turnirdə iştirakı təmin etmək olacaq. Qeyd edək ki, aprelin 18-də start götürəcək turnirdə millimiz ABŞ-dan olan 4 basketbolçunu sınaqdan keçirəcək.