Xorvatlar Azərbaycan basketbolunu görmək istəmirlər
5 iyun 2010 12:17
Azərbaycanın kişilərdən ibarət milli basketbol komandası Avropa çempionatının «B» divizionunda keçiriləcək seçmə mərhələyə hazırlaşır.
azerisport.az xəbər verir ki, komandamız Xorvatiyaya beynəlxalq turnirdə iştirak etmək üçün yollanmaq niyyətində idi. Lakin turnirin təşkilatçılarından təsdiq cavabı gəlmədiyi üçün basketbolçularımız hazırlıqlarını elə Bakıda davam etdirəcəklər.