Milli komanda oyunlarını «Sərhədçi»də keçirəcək
16 iyun 2010 10:07
Basketbol üzrə kişilərdən ibarət Azərbaycan milli komandası Avropa çempionatının B divizionunun seçmə mərhələsində ev oyunlarını keçirəcəyi məkanı dəqiqləşdirib.
azerisport.az xəbər verir ki, komandamız rəqiblərini «Sərhədçi» olimpiya idman kompleksində («Xalqlar Dostluğu» metro stansiyasının yaxınlığında) qəbul edəcək. Bakıdakı ilk oyun Belarus millisinə qarşı avqustun 14-də baş tutmalıdır.