Basketbolçunun həyat yoldaşı jurnal üçün soyunub (FOTO)
25 iyun 2010 16:45

Madridin «Real» basketbol klubunun oyunçusu Marko Yariçin həyat yoldaşı, məşhur model Adriana Lima İspaniyanın V jurnalı üçün soyunub.
Jurnala müsahibəsində braziliyalı model deyib ki, onun üçün «seksuallıq» ilk növbədə özünə arxayınlıq deməkdir. Limanın sözlərinə görə, o, qızı Valentina anadan olan kimi özünü daha seksual hiss edib. Xatırladaq ki, bu hadisə ötən ilin noyabr ayında baş verib.
Limadünyanın ən məşhur modellərindəndir. 2009-cu ildə onun gəlirləri 7 milyon dollar təşkil edib.
Model müğənni Leni Kravitslə yaşadığı romanla məşhurlaşmışdı. 2003-cü ildə müğənnidən ayrılandan sonra Adriana Lixtenşteynin şahzadəsi II Hans-Adamla görüşməyə başlamışdı. Hazırda basketbolçu Marko Yariçin həyat yoldaşıdır.
Qeyd: Adriana Limaya həsr olunmuş fotoreportajı yaxın günlərdə diqqətinizə təqdim edəcəyik.