Elxan Əliyev: Oyunun sonunda beloruslar bizi sıxışdırdı
14 avqust 2010 21:25
Azərbaycanın basketbol üzrə yığmasının baş məşqçisi Elxan Əliyev Belarusiya üzərində Avropa çempionatının "B" divizionun seçmə mərhələsində əldə olunan qələbə ilə bağlı (83:79) öz fikirlərini bildirdi.
"Uşağlara görə sevinirəm, komanda var gücü ilə mübarizə aparırdı. Düzdü, oyunun sonunda beloruslar bizi sıxışdırdı və oyunçularımızda psixoloji cəhətdən problemlər yarandı. Fiziki onlar hazır səviyyədə idilər. Lakin, komandamız qələbə qazandı və qrupun lideri oldu", - Əliyev dedi.