Yonas Jerebko: Növbəti mərhələ uğrunda əsas mübarizə Azərbaycan və İsveç arasında olacaq
21 avqust 2010 21:49
İsveçin basketbol üzrə yığmasının lideri Yonas Jerebko Avropa Çempionatının seçmə turnirinin ilk dövrənin son oyununda Azərbaycan üzərində əldə olunan qələbədən sonra (101:73) öz fikirlərini biıdirdi.
"Biz bilirdik kiminlə qarşılaşacayıq, axı sizin komandanız artıq iki dəfə "B" divizionunda qələbə qazanıb. Bu oyunda bizə çox çətin oldu. Üçüncü yarıda var gücümüzü sərf etməli olduq ki, hesab arasında fərqi mümkün qədər artıraq. Qələbəmizə baxmayaraq, mübarizə hələ irəlidədi. Hesab edirəm ki, əsas mübarizə Azərbaycan və İsveç arasında olacaq", - azerisport.az xəbər verir ki, bunu Jerebko dedi.