Basketbolçular don geyəcək (FOTO)
17 sentyabr 2010 16:27

Çexiyada keçiriləcək basketbol üzrə dünya çempionatında Belorusiyanın qadınlardan ibarət yığması donda çıxış edəcəklər. Azerisport.az xəbər verir ki, belorusiyalı qadınlar bu cür paltarda belə top-turnirdə çıxış edəcək ilk komanda olacaq.
"Biz basketbola yeni konsepsiya, təkan vermə istəyirik. Ola bilsin ki bu idman növü bundan sonra ölkəmizdə daha çox populyarlıq qazanacaq", - yığmanın baş meneceri İrina Jilaç bildirdi.
Yığma komandanın kapitanı Natalya Trofimovanın sözlərinə görə, bu cür forma əsasən fanatlar və oyunu sevənlər üçündir: "Bizim üçün əsas nədə oynadığımız yox, hansı ölkəni təmsil etdiyimiz vacibdir".
Qeyd edək ki, Çexiyadaki turnir sentyabrın 23-dən oktyabrın 3-nə kimi keçiriləcək.
Mənbə: BELTA