İran hakimiyyəti öz ulduzunu ABŞ`a buraxmır
5 oktyabr 2010 12:58

ABŞ-ın "Memphis Grizzlies"klubunda çıxış edən iranlı basketbolçu Həməd Həddadi hələ də komandasının düşərgəsinə gəlib çıxmayıb. Azerisport.az xəbər verir ki, bu hüquq xarakterli problemlərlə bağlıdır.
Basketbolçu isə öz Twitter səhifəsində bildirb ki, yaxın vaxtda komandasının sərəncamında olacaq: "Həyatımda daha bir yeni səhifə. Mən çox şadam!".
Əgər Həddadi "Grizzlies"-in heyətinə mövsümün əvvəlinə kimi gəlməsə, o zaman idmançı hər buraxılan günə görə maaşının bir hissəsini itirəcək. Qeyd edək ki, gələn il o 1,6 milyon dollar qazanmalıdır.
Mənbə: Memphis Commercial Appeal