Yığmamız üçüncü oldu
21 may 2011 15:33
Bu gün, Mayın 21-i basketbol üzrə Azərbaycan çempionatının üçüncü yer uğrunda oyununda ikinci seriyanın görüşü keçirilib. Azerisport.az xəbər verir ki, yeniyetmələrdən ibarət Azərbaycan yığması (U-18) ABİK-lə qarşılaşıb və 93:86 hesabı ilə qalib gələrək üçüncülüyə yiyələnib. Xatırladaq ki, ilk oyunda yeniyetmələr rəqibindən güclü olublar.