Azərbaycan İsveçdə darmadağın oldu (YENİLƏNİB)
24 avqust 2011 23:40

Basketbol üzrə Azərbaycan yığması Avropa çempionatının B divizionunda bu gün həlledici oyununa çıxıb. Azerisport.az xəbər verir ki, komandamız son turda səfərdə qrubumuzun lideri olan İsveçin qonağı olub.
Qeyd edək ki, turnir cədvəlindəki vəziyyətə əsasən bu görüşün nəticəsindən asılı olmayaraq hər iki komanda öz mövqeyində qalacaqdı. Skandinaviyalılar qrupa uğurla rəhbərlik edirdilər və millimiz son oyunda onların mövqeyini dəyişə bilməyəcəkdi. Elə yığmamız da son turun nəticələrindən asılı olmayaraq, yerini qoruyacaqdı.
Buna baxmayaraq, isveçilər millimizlə oyuna sanki final görüşünə çıxırmış kimi yanaşıblar. Elə məhz bunun məntiqi nəticəsi kimi komandamız rəqib meydanında keçirilən görüşdə darmadağına üzülüb.
İSVEÇ – AZƏRBAYCAN - 128:61 (29:18, 28:18, 30:13, 41:12)
Yığmamızın ən məhsuldar oyunçuları: Tahir Baxşiyev, Aleksandr Rındin - hərəyə 14 xal, Fuad Niftəliyev - 13, Zaur Paşayev - 9, Amil Həmzəyev - 8, Anar Sarıyev - 3.
Yığmamızın yer aldığı qrupun turnir cədvəlindəki son vəziyyət belədi:
|
O
|
Q
|
M
|
Fərq
|
X
|
İsveç
|
8
|
7
|
1
|
811-512 (+299)
|
15
|
Azərbaycan
|
8
|
5
|
3
|
707-686 (+21)
|
13
|
Belarus
|
8
|
4
|
4
|
664-618 (+46)
|
12
|
Rumıniya
|
8
|
4
|
4
|
574-638 (-64)
|
12
|
Albaniya
|
8
|
0
|
8
|
569-702 (-133)
|
8
|