İspaniya yenə dünya çempionu oldu
19 sentyabr 2011 12:32

Litvada keçirilən basketbol üzrə kişilər arasında Avropa çempionatının qalibi müəyyənləşib. Azerisport.az xəbər verir ki, İspaniya yığması finalda Fransaya 98:85 hesabı ilə qalib gələrək, ardıcıl ikinci dəfə qitə çempionu olub.
3-cü yeri Rusiya tutub. Şimal qonşularımız bürünc medal uğrunda qarşılaşmada Makedoniyanı yeniblər – 72:68.
Növbəti Avropa çempionatı 2013-cü ildə Sloveniyada keçiriləcək.