Azərbaycan rəqiblərini dekabrın 4-də tanıyacaq
28 oktyabr 2011 14:12

Azərbaycan Basketbol Federasiyası kişilər arasında Avropa çempionatının seçmə yarışlarına milli yığmanın iştirakını təsdiq edib. Azerisport.az xəbər verir ki, komandamızın rəqibləri bu il dekabrın 4-də Almaniyanın Frayzing şəhərində keçiriləcək püşkatmada bəlli olacaq.
Qeyd edək ki, seçmə oyunlar 2012-ci ilin avqust - sentyabr aylarında, final mərhələ isə 2013-cü ilin sentyabr ayında Sloveniyada keçiriləcək.