Azərbaycan çempionatında 6 komanda
23 noyabr 2011 10:45

Bu gün - noyabrın 23-də kişi basketbolçuları arasında Azərbaycan çempionatının püşkatma mərasimi keçiriləcək. Azerisport.az Azərbaycan Basketbol Federasiyasına istinadən xəbər verir ki, çempionatda Bakı Dövlət Universiteti, Naxçıvan Türk Liseyi, , “AzTOP”, “Qala”, “Araz” və Azərbaycan Texniki Universitetinin komandaları qüvvələrini sınayacaqlar.
Xatırladaq ki, ölkə çempionatının ilk turunun oyunları noyabrın 26-da Heydər Əliyev adına İdman-Konsert Kompleksində keçiriləcək.