Araz və Qala ölkə çempionatına qələbə ilə başladı
27 noyabr 2011 11:36

Noyabrın 26-da Heydər Əliyev adına İdman Konsert Kompleksində kişi basketbolçuları arasında 19-cu Azərbaycan çempionatı başlayıb. Azerisport.az xəbər verir ki, 1-ci turun ilk oyununda ölkə çempionu “Araz-Naxçıvan” Bakı Dövlət Universitetinin komandası ilə qarşılaşıb.
“Araz-Naxçıvan” bu görüşdə 143:33 hesabı ilə qalib gəlib. Sonra “Qala” komandası "NTL-Tudor" kollektivi ilə görüşüb. “Qala” rəqibini 96:62 hesabı ilə məğlub edib. "Çağ Öyretim" isə AZTOP-dan güclü olub - 70:69.