Araz-Naxçıvan və NTL-Tudor itkisiz irəliləyir (FOTOREPORTAJ)
4 dekabr 2011 00:12

Dekabrın 3-də Heydər Əliyev adına İdman Konsert Kompleksində kişi basketbolçular arasında 19-cu Azərbaycan çempionatının ikinci turunun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, turun bütün görüşləri eyni gündə baş tutub.
Arenaya öncə "NTL-Tudor" və Bakı Dövlət Universitetinin komandası çıxıb. NTL rəqibini 79:53 hesabı ilə məğlub edib.
Ardından “Araz-Naxçıvan”la AZTOP qarşılaşıb. Bu cütün görüşündə isə son ölkə çempionu asan qələbəyə sevinib - 111: 47.
Günün son matçında isə “Qala” "Çağ Öyretim"lə münasibətlərinə aydınlıq gətirib. Bu görüşdə də birincilər qələbə qazanıblar - 77:63.
İki turdan sonrakı turnir cədvəli belədi: “Araz-Naxçıvan”, "NTL-Tudor" – hərəyə 4 xal, "Çağ Öyretim", “Qala” - 2 xal, AZTOP, BDU – 0.