Araz-Naxçıvanla Qala da bacarmadı
11 dekabr 2011 12:54

Dekabrın 10-da Heydər Əliyev adına İdman Konsert Kompleksində kişi basketbolçular arasında 19-cu Azərbaycan çempionatının üçüncü turunun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, turun bütün görüşləri eyni gündə baş tutub.
Arenaya öncə AZTOP və Bakı Dövlət Universitetinin komandası çıxıb. AZTOP rəqibini 86:49 hesabı ilə məğlub edib.
Ardından “Araz-Naxçıvan”la “Qala” qarşılaşıb. Bu cütün görüşündə isə Naxçıvan təmsilçisi çətin qələbəyə sevinib - 84:79.
Günün son matçında isə "NTL-Tudor" "Çağ Öyretim"lə münasibətlərinə aydınlıq gətirib. Bu görüşdə də ikincilər qələbə qazanıblar - 59:76.
Üç turdan sonrakı turnir cədvəli belədi: “Araz-Naxçıvan” - 6, "Çağ Öyretim", "NTL-Tudor" – hərəyə 5 xal, “Qala”, AZTOP - 4, BDU – 3.