Araz-Naxçıvan itkisiz irəliləyir
18 dekabr 2011 00:11

Dekabrın 17-də Heydər Əliyev adına İdman Konsert Kompleksində kişi basketbolçular arasında 19-cu Azərbaycan çempionatının dördüncü turunun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, turun bütün görüşləri eyni gündə baş tutub.
Arenaya öncə "NTL-Tudor" və “Araz-Naxçıvan” komandası çıxıb. Naxçıvan təmsilçisi rəqibini 93:86 hesabı ilə məğlub edib və zirvədəki mövqeyini möhkəmləndirib.
AZTOP “Qala” ilə qarşılaşıb. Bu cütün görüşündə isə “Qala” çətin qələbəyə sevinib - 79:72.
Bakı Dövlət Universitetinin komandası da "Çağ Öyretim"lə münasibətlərinə aydınlıq gətirib. Bu görüşdə də ikincilər qələbə qazanıblar - 83:48.
Dörd turdan sonrakı turnir cədvəli belədi: “Araz-Naxçıvan” - 8, "Çağ Öyretim" - 7, "NTL-Tudor", “Qala” – hərəyə 6 xal, AZTOP - 5, BDU – 4.