Araz və Qala ili qələbə ilə başa vurdu
25 dekabr 2011 00:02

Dekabrın 24-də Heydər Əliyev adına İdman Konsert Kompleksində kişi basketbolçular arasında 19-cu Azərbaycan çempionatının beşinci turunun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, turun bütün görüşləri eyni gündə baş tutub.
"NTL-Tudor" AZTOP-la qarşılaşıb. İkincilər bu görüşdə çətin qələbəyə seviniblər.
“Qala” Bakı Dövlət Universitetinin komandası ilə üz-üzə gəlib. Bu cütün görüşündə isə “Qala” asan qələbəyə sevinib - 79:72.
“Çağ Öyretim” isə lider “Araz-Naxçıvan”la münasibətlərinə aydınlıq gətirib. Bu görüşdə də birinci pillənin sahibləri asan qələbə qazanıblar - 83:48.
Basketbol
Azərbaycan çempionatı
5-ci tur
NTL-Tudor - AZTOP - 63:73
Qala - BDU - 98:37
Çağ Öyretim - Araz-Naxçıvan - 43:88
Beş turdan sonrakı turnir cədvəli belədi: “Araz-Naxçıvan” - 10, "Çağ Öyretim", “Qala” - 8, "NTL-Tudor", AZTOP - 7, BDU – 5.