Araz və Qala ikinci dövrəyə də qələbə ilə başladı
22 yanvar 2012 13:30

Heydər Əliyev adına İdman Konsert Kompleksində kişi basketbolçular arasında 19-cu Azərbaycan çempionatının altıncı turunun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, ikinci dövrənin ilk turunun bütün görüşləri eyni gündə baş tutub.
“Araz-Naxçıvan” – “NTL-Tudor”la qarşılaşıb. Naxçıvan təmsilçisi qələbəyə sevinən tərəf olub.
AZTOP Bakı Dövlət Universitetinin komandası ilə üz-üzə gəlib. Bu cütün görüşündə də AZTOP asan qələbəyə sevinib.
“Çağ Öyretim” isə “Qala” ilə münasibətlərinə aydınlıq gətirib. Bu görüşdə də “Qala” asan qələbə qazanıb.
Basketbol
Azərbaycan çempionatı
6-cı tur
Araz-Naxçıvan - NTL-Tudor – 76:53
BDU - AZTOP – 54:99
Qala - Çağ Öyretim - 94:58
Altı turdan sonrakı turnir cədvəli belədi: Araz-Naxçıvan – 12, Qala – 10, AZTOP, Çağ Öyretim - 9, NTL-Tudor - 8, BDU – 6.