Araz və Qala növbəti qələbəyə sevindi
5 fevral 2012 00:41

Heydər Əliyev adına İdman Konsert Kompleksində kişi basketbolçular arasında 19-cu Azərbaycan çempionatının səkkizinci turunun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, turun bütün görüşləri eyni gündə baş tutub.
“Qala” Bakı Dövlət Universitetinin komandası ilə üz-üzə gəlib. “Qala” “tələbələr”i darmadağın edib.
“Araz-Naxçıvan” AZTOP-la qarşılaşıb. Gözlənildiyi kimi, Naxçıvan təmsilçisi qələbəyə sevinən tərəf olub və liderliyini daha da möhkəmləndirib.
“Çağ Öyretim” isə “NTL-Tudor” ilə münasibətlərinə aydınlıq gətirib. Bu görüşdə də birincilər çətin qələbəyə seviniblər.
Basketbol
Azərbaycan çempionatı
8-ci tur
Qala – BDU – 111-38
Araz-Naxçıvan – AZTOP – 103 -67
Çağ Öyretim - NTL-Tudor – 86:61
Yeddi turdan sonrakı turnir cədvəli belədi: Araz-Naxçıvan – 16, Qala – 14, Çağ Öyretim – 13, AZTOP - 11, NTL-Tudor - 10, BDU – 8.