AÇ ölkə çempionatının növbəti turunu təxirə saldı
10 fevral 2012 15:42

Basketbol üzrə Azərbaycan çempionatının növbəti turu təxirə salınıb. Azerisport.az xəbər verir ki, 9-cu turun sabaha – fevralın 11-nə nəzərdə tutulan görüşləri başqa vaxta keçirilib.
Buna səbəb hazırda Bakıda təşkil olunan yeniyetmələr və gənclər arasında karate üzrə 39-cu Avropa çempionatıdı. Məsələ burasındadkı ki, sözügedən qitə birinciliyinin görüşləri Heydər Əliyev adına İdman-Konsert Kompleksində keçirilir. Basketbol çempionatının oyunları da məzh bu arenada keçirildiyindən, 9-cu turun təxirə salınmasına qərar verilib.
Beləliklə, basketbol üzrə Azərbaycan çempionatının təxirə salınan turu fevralın 25-də keçiriləcək.