Araz-Naxçıvanla Qala da bacarmadı
18 fevral 2012 21:16

Heydər Əliyev adına İdman Konsert Kompleksində kişi basketbolçular arasında 19-cu Azərbaycan çempionatının 10-cu turunun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, turun bütün görüşləri eyni gündə baş tutub.
Turun mərkəzi oyununda “Qala” “Araz-Naxçıvan” komandası ilə üz-üzə gəlib. Naxçıvanlılar bu görüşdə də qələbə qazanaraq, uğurlu seriyanı davam etdiriblər.
“Çağ Öyretim” Bakı Dövlət Universitetinin komandasıyla qarşılaşıb və çətin qələbəyə sevinib. “NTL-Tudor” isə AZTOP-u məğlub etməyi bacarıb.
Basketbol
Azərbaycan çempionatı
10-cu tur
Qala – Araz-Naxçıvan – 94:92
Çağ Öyretim - BDU – 74:61
NTL-Tudor – AZTOP – 64:51
Komandaların turnir cədvəlindəki son durumu: Araz-Naxçıvan – 18, Qala, Çağ Öyretim – 15, AZTOP, NTL-Tudor - 12, BDU – 9.