Pley-off mərhələsinin iştirakçıları bəlli oldu
19 fevral 2012 01:33

Kişi basketbolçular arasında 19-cu Azərbaycan çempionatında pley-off mərhələsinin iştirakçıları müəyyənləşib. Azerisport.az xəbər verir ki, buna ötən keçirilən 10-cu turun oyunlarından sonra aydınlıq gəlib.
Maraq üçün qeyd edək ki, ölkə çempionatının təxirə salınmış 9-cu turunun görüşləri hələ keçirilməyib. Həmin tur fevralın 25-də keçiriləcək. Amma buna baxmayaraq, pley-offçular artıq məlumdu.
Beləliklə, Azərbaycan çempionatının pley-off mərhələsində təsnifat mərhələsini birinci pillədə başa vurmuş “Araz-Naxçıvan” üçüncü yerin sahibi “Çağ Öyretim”lə üz-üzə gələcək. İkinci pilləni tutmuş “Qala” isə “NTL-Tudor”a rəqib olub.
Qeyd edək ki, 1 turu təxirə salınmış ölkə çempionatında komandaların turnir cədvəlindəki son durumu belədi: Araz-Naxçıvan – 18, Qala, Çağ Öyretim – 15, AZTOP, NTL-Tudor - 12, BDU – 9.