Yığmamız beynəlxalq turnirə dəvət olundu
23 fevral 2012 18:08
Kişi basketbolçulardan ibarət Azərbaycan milli komandası Qırğızıstanın Bişkek şəhərində keçiriləcək ənənəvi “Novruz-2012” beynəlxalq turnirində iştirak edəcək. Azerisport.az xəbər verir ki, martın 17-22-də keçiriləcək turnirdə Azərbaycan millisi ilə yanaşı, Özbəkistan, Qazaxıstan yığmaları, ABŞ-dan 2, Qırğızıstandan, Gürcüstandan 1 komanda mübarizə aparacaq.