Azərbaycan millisinin heyəti açıqlandı
29 fevral 2012 16:23

Xəbər verdiyimiz kimi, Qırğızıstanın Bişkek şəhərində basketbol üzrə ənənəvi “Novruz-2012” beynəlxalq turniri keçiriləcək. Azerisport.az Azərbaycan Basketbol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, martın 16-dan 23-dək keçiriləcək turnirdə Azərbaycan yığması ilə yanaşı, “AIA” (ABŞ), Özbəkistan millisi, Rusiyanın Federal Universitetinin komandası, Qazaxstanın “Kopşaqay” kollektivi və ev sahibləri iştirak edəcəklər.
Turnirdə mübarizə aparacaq yığmamızın heyəti də məlumdu. Belə ki, komandamız Bişkekə aşağıdakı heyətlə yollanacaq:
Fuad Niftəliyev, Zaur Quşanov, Bəxtiyar Ələkbərov, Rüstəm Əliyev, Polad Həsənov, Andrey Kondratyev (hamısı”Qala”), Amil Həmzəyev, Anar Hacıyev (hər ikisi “Araz-Naxçıvan”), Anar Sarıyev (“NTL-Tudor”), Anton Belausov (“AZTOP”), Zaur Paşayev (“Kutaisi-2010”, Gürcüstan) və Konstantin Berkov (“Dinamo”, Rusiya).