Araz və Qala təsnifat mərhələsini qələbəylə başa vurdu
3 mart 2012 20:11

Heydər Əliyev adına İdman Konsert Kompleksində kişi basketbolçular arasında 19-cu Azərbaycan çempionatının təxirə salınmış 9-cu turunun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, turun bütün görüşləri eyni gündə baş tutub.
Günün ilk oyununda Bakı Dövlət Universitetinin komandasıyla “NTL-Tudor” qarşılaşıb. Nominal qonaqlar qələbəyə sevinən tərəf olublar.
“Qala” AZTOP-u məğlub etməyi bacarıb. “Araz-Naxçıvan” isə “Çağ Öyretim”dən üstün olub.
Sonda onu da qeyd edək ki, artıq pley-off mərhələsinə yüksələn komandalar müəyyənləşdiyindən bu matçlar elə də əhəmiyyət daşımırdılar. Pley-off mərhələsində “Araz”ın “NTL-Tudor”la, “Qala”nın isə “Çağ Öyrətim”lə qüvvəsini sınayacağını da vurğulayaq.
Basketbol
Azərbaycan çempionatı
9-cu turun oyunları
BDU – NTL-Tudor - 46:58
Qala – AZTOP - 92:60
Araz-Naxçıvan – Çağ Öyretim - 73:53
Komandaların turnir cədvəlindəki son durumu: Araz-Naxçıvan – 20, Qala - 17, Çağ Öyretim, NTL-Tudor – 15, AZTOP, - 13, BDU – 10.