Arazla Qala finalda
5 aprel 2012 21:04

Bu gün kişi basketbolçular arasında Azərbaycan çempionatının final mərhələsinin iki oyunu baş tutub. Azerisport.az xəbər verir ki, Heydər Əliyev adına İdman-Konsert Kompleksinin meydançasına öncə “Araz-Naxçıvan”la “Çağ Öyrətim” çıxıb.
Qarşılaşma Naxçıvan təmsilçisinin inamlı qələbəsiylə başa çatıb - 100:62. Bununla da “Araz-Naxçıvan” finala vəsiqəyə sahib çıxıb.
Digər yarımfinal cütündə isə “Qala” və “NTL-Tudor” üz-üzə gəlib. Bu oyunda da gözlənildiyi kimi, “Qala” güclü olub - 83:68. Beləcə, bu komanda da adını finala yazdırıb.
Qeyd edək ki, ilk oyunlar da “Araz-Naxçıvan” və “Qala”nın qələbəsiylə başa çatmışdı.