Yığmamızın üzvü qitənin beş ən yaxşısı arasında
11 aprel 2012 00:53

Avropa Basketbol Federasiyası qitənin ən yaxşı beş oyunçusunun adını açıqlayıb. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının yeni milliləşən basketbolçusu da bu siyahıda yer alıb.
Belə ki, hazırda “Valencia”nın şərəfini qoruyan Nik Kaner-Mendli Avropanın ən yaxşı 5 oyunçusundan biri seçilib. Qeyd edək ki, təmsilçimizin komandası Avroliqada “Dördlər finalı”nda çıxış edəcək. Azərbaycan Basketbol Federasiyasının baş meneceri Ləvənt Türknas və yığmamızın baş məşqçisi Elxan Əliyev də aprelin 14-15-də Rusiyanın Ximki şəhərində keçiriləcək həlledici mərhələni izləyəcəklər.
Onlar, həmçinin Kaner-Mendli ilə yayda başlanacaq Avropa çempionatının seçmə mərhələsi ilə bağlı fikir mübadiləsi aparacaqlar.