Levent Türknaz: Realın oyunçusu Azərbaycan yığmasında oynamaq istəyir
27 aprel 2012 12:50

Azərbaycan Basketbol Federasiyasının meneceri Levent Türknaz Madrid “Real”ının oyunçusu Ceysi Kerrolun Azərbaycan yığmasında oynamaqdan imtinası və Çernoqoriya yığmasına üstünlük verməsi barədə məlumatı təkzib edib. Azerisport.az xəbər verir ki, o, bunları dilə gətirib:
“Kerroldan bizə rədd cavabı gəlməyib. Əvvəlki kimi bizim komandada çıxış etmək istəyir. Ümid edirik ki, bu, belə də olacaq. Hər halda mən yaxın vaxtlarda onun meneceri ilə görüşüb hər şeyi bir daha müzakirə edəcəyəm. O, Azərbaycan yığmasında çıxış edəcək”.