Araz çempionluğa, NTD-Tudor bürüncə yaxınlaşdı
28 aprel 2012 19:24

Bu gün Heydər Əliyev adına İdman-Konsert Kompleksində basketbol üzrə Azərbaycan çempionatının final mərhələsinə start verilib. Azerisport.az xəbər verir ki, öncə üçüncü yer uğrunda mübarizə aparan “Çağ Öyretim”lə “NTD-Tudor” qarşılaşıb.
“NTD-Tudor” 63:54 hesabıyla qələbə qazanıb. Nəticədə bu komanda bürünc medallara xeyli yaxınlaşıb.
Daha sonra isə kompleksin meydanına qızıl axtarışında olan “Araz Naxçıvan”la “Qala” çıxıb. İlk oyunda naxçıvanlılar qələbə qazanıblar 100:85.