Yığmamızın oyunlarının təqvimi açıqlandı
3 may 2012 12:35

Kişi basketbolçular arasında AÇ-2013-ün seçmə mərhələsi çərçivəsində keçiriləcək oyunların başlama vaxtı dəqiqləşib. Azerisport.az xəbər verir ki, B qrupunda mübarizə aparacaq Azərbaycan millisi ev oyunlarının hamısına eyni vaxtda – 19:00-da çıxacaq.
Avqustun 15-də saat 22:00-da Lüksemburq - Azərbaycan, avqustun 18-də saat 19:00-da Azərbaycan – Bolqarıstan, avqustun 21-də saat 23:00-da İsveç – Azərbaycan, avqustun 27-də saat 19:00-da Azərbaycan – Almaniya, avqustun 30-da 19:00-da Azərbaycan – Lüksemburq, sentyabrın 2-də saat 20:00-da Bolqarıstan – Azərbaycan, sentyabrın 5-də saat 19:00-da Azərbaycan – İsveç, sentyabrın 11-də saat 23:30-da Almaniya – Azərbaycan oyunları keçiriləcək.
Qeyd edək ki, növbəti mərhələyə qrupda ilk 2 yerin sahibi və 6 qrupda ən yaxşı nəticəyə malik 4 komanda yüksələcək.