Araz Naxçıvan Qala ilə bacarmadı
5 may 2012 19:42

Bu gün Heydər Əliyev adına İdman-Konsert Kompleksində basketbol üzrə Azərbaycan çempionatının final mərhələsində növbəti oyunları keçirilib. Azerisport.az xəbər verir ki, öncə üçüncü yer uğrunda mübarizə aparan “Çağ Öyretim”lə “NTD-Tudor” qarşılaşıb.
“NTD-Tudor” 75:56 hesabıyla üstün olib. Xatırladaq ki, bu komanda ilk oyunda da 63:54 hesabıyla qələbə qazanmışdı. Nəticədə bu komanda bürünc medalları özü üçün təmin edib.
Daha sonra isə kompleksin meydanına qızıl axtarışında olan “Araz Naxçıvan”la “Qala” çıxıb. İlk oyunda qələbə qazanan (100:85) naxçıvanlılar bu dəfə məğlub olublar. “Qala” 83:79 hesablı qələbəyə sevinib. Nəticədə ümumi hesab 1:1 olub. Qeyd edək ki, çempion 3 qələbə seriyası yaxalayan komanda olacaq.