Qala yenə Azərbaycan çempionu oldu (FOTOREPORTAJ)
20 may 2012 02:38

Basketbol üzrə Azərbaycan çempionatının final mərhələsində növbəti oyun keçirilib. Azerisport.az xəbər verir ki, “qızıl” axtarışında olan “Araz Naxçıvan”la “Qala” dördüncü final görüşünə çıxıb.
Qeyd edək ki, bu görüşdə “Qala” qələbə qazanacağı halda, çempion olacaqdı. “Araz Naxçıvan” üstün olacağı halda isə ümumi hesab bərabərləşəcəkdi (2:2) və daha bir final oyunu keçiriləcəkdi. Lakin buna ehtiyac qalmayıb. Belə ki, “Qala” bu oyunda da qələbə qazanmağı bacarıb - 82:75. Beləcə, bu komanda növbəti dəfə Azərbaycan çempionu adını qazanıb. Maraq üçün qeyd edək ki, bu, sözügedən komandanın beşinci çempionluğudu.
Maraq üçün xatırladaq ki, bu komandalar arasındakı ilk final oyununda qələbə qazanan (100:85) naxçıvanlılar olmuşdular. Lakin ikinci görüşdə “Qala” 83:79 hesablı qələbəyə sevinmişdi. Elə üçüncü görüşdə də yeni çempion üstün olmuşdu - 90:82.