Rolandas Alievas yığma komandamızda
20 iyun 2012 19:26

Litvalı basketbolçu Rolandas Alievas Azərbaycan milli komandasında çıxış edəcək. Azerisport.az xəbər verir ki, bu barədə millimizin baş məşqçisi Elxan Əliyev məlumat verib.
Onun sözlərinə görə, R.Alievas uzun müddət Litva millisindən dəvət gözləsə də, bu baş verməyib. Belədə, basketbolçu Azərbaycan millisinin təklifini qəbul edib. Ölkəmizlə bağlılığı olan R.Alievasın hələ 2004-cü ildə millimizə cəlb edilməsi gündəmdə idi. Ancaq o vaxt Beynəlxalq Basketbol Federasiyası buna icazə verməmişdi. Buna səbəb kimi onun Litvanın gənclərdən ibarət millisində oynaması göstərilmişdi.