Bolqarıstan Bakıya qələbə ilə gəlir
15 avqust 2012 22:17

Xəbər verdiyimiz kimi, bu gün basketbol üzrə AÇ-2013-ün seçmə mərhələsinə start verib. Azerisport.az xəbər verir ki, ilk oyununa çıxan Azərbaycan millisi ilə yanaşı, rəqiblərindən də siftə edən olub.
Qeyd edək ki, komandamız B qrupunda mübarizə aparır. Hansı ki, bu qrupda Lüksemburq, Almaniya, İsveç və Bolqarıstan da yer alır.
Elxan Əliyevin yetirmələri ilk görüşünü bu gün Lüksemburqa qarşı keçirdi və qələbə qazandı – 101:78. Bu gün həmçinin Bolqarıstan da İsveçlə üz-üzə gəlib. Görüş bolqarların ev qələbəsi ilə nəticələnib – 78:73.
Qeyd edək ki, Bolqarıstan Azərbaycanın növbəti rəqibidi. Çünki yığmamız avqustun 18-də məhz bu ölkənin millisini qəbul edəcək. İsveç üzərindəki qələbə bolqarların Azərbaycan paytaxtına yaxşı əhval-ruhiyyədə gəlməsinə şərait yaratmış olacaq.