Bolqarıstan yığması Bakıya bu gün gəlir
17 avqust 2012 01:11

Basketbol üzrə Bolqarıstan yığması Bakıya bu gün gələcək. Azerisport.az xəbər verir ki, AÇ-2013-ün seçmə mərhələsində Azərbaycan yığmasının rəqibi olan bolqarlar millimizlə görüş öncəsi ölkəmizdə bir məşqə çıxacaqlar.
Qeyd edək ki, millimizin Bolqarıstan yığması ilə qarşılaşması şənbə günü baş tutacaq. Bu, yeni tsikldəki ikinci oyunumuz olacaq. Komandamız startda Lüksemburqla səfər matçını qalib başa vurmuşdu. Elə Bolqarıstan da Bakıya İsveç üzərində qələbə ilə gəlir.