Bolqarıstan Bakıya iki itki ilə gəlib
18 avqust 2012 11:44

Basketbol üzrə Bolqarıstan yığması Bakıya iki itki ilə gəlib. Azerisport.az xəbər verir ki, bu gün AÇ-2013-ün seçmə mərhələsi çərçivəsində yığmamızın qonağı olacaq bu komandanın baş məşqçisi Rozen Barçovski Xristo Zaxariyev və Stanislav Vaklinovun xidmətindən yararlana bilməyəcək.
Bu üzdən baş məşqçi onları heç Bakıya gətirməyə də ehtiyac duymayıb. Qeyd edək ki, Azərbaycan – Bolqarıstan görüşü bu gün “Sərhədçi” arenasında keçiriləcək.