Azərbaycan Bolqarıstanı məğlub edib, lider oldu (YENİLƏNİB)
18 avqust 2012 21:50

Basketbol üzrə Azərbaycan yığması bu gün Avropa çempionatının seçmə mərhələsi çərçivəsində ikinci sınağına çıxıb. Azerisport.az xəbər verir ki, yığmamız doğma divarlar arasında Bolqarıstanla münasibətlərinə aydınlıq gətirib.
Qeyd edək ki, yığmamız AÇ-2013-ün seçmə mərhələsindəki ilk matçını səfərdə Lüksemburq qarşı keçirmiş və qələbə qazanmışdı – 101-78. İndi eyni uğuru bolqarlarla görüşdə də təkrarlamaq lazım idi. Hər halda görüşün “Sərhədçi”də keçirilməsi də komandamızın şanslarını artıran məqamlardan idi. Baxmayaraq ki, Bolqarıstan da ilk turda İsveç üzərində qələbə qazanmışdı və Bakıdakı görüşdə qrupumuzun vahid liderinin kimliyi müəyyənləşəcəkdi.
Gərgin keçən qarşılaşmanın sonunda qələbə məhz yığmamıza qismət olub. Beləcə, Azərbaycan millisi qrupun vahid liderinə çevrilib.
AÇ-2013-ün seçmə mərhələsi
B qrupu
18 avqust
AZƏRBAYCAN – BOLQARISTAN - 88:73 (26:14, 27:17, 23:21, 12:21)
Komanda
|
Oyun
|
Qələbə
|
Məğlubiyyət
|
Top fərqi
|
Xal
|
AZƏRBAYCAN
|
2
|
2
|
0
|
189-151 (+38)
|
4
|
Bolqarıstan
|
2
|
1
|
1
|
151-161 (-10)
|
3
|
İsveç
|
1
|
0
|
1
|
73-78 (-5)
|
1
|
Lüksemburq
|
1
|
0
|
1
|
78-101 (-23)
|
1
|
Almaniya
|
0
|
0
|
0
|
0-0
|
0
|