Millimizin baş məşqçisi: Onlarla fəxr edirəm
19 avqust 2012 02:04

Basketbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Elxan Əliyev AÇ-2013-ün seçmə mərhələsi çərçivəsində Bolqarıstana qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, o, komandamızın 88:73 hesablı qələbəsi barədə bunları dilə gətirib:
“Komandamız bu oyun üçün bütün tapşırıqları lazımi şəkildə həyata keçirdi. Çak Devisə əhsən! O, hər oyunda daha yaxşı təsir bağışlayır. Amma mən heç kimi xüsusi vurğulamaq istəmirəm. Çünki uşaqların hamısı yaxşı oynadılar. Onlarla fəxr edirəm. Bizim üçün bolqarlarla oyunda qələbə qazanmaq çox vacib idi. Bu görüş həlledici xarakterə malik idi. Şadam ki, hər şey çox yaxşı alındı. Yolumuza davam edirik”.