“Azərbaycan yığması bizdən daha yaxşı oynadı”
19 avqust 2012 02:26

Basketbol üzrə Bolqarıstan yığmasının baş məşqçisi Rozen Barçovski AÇ-2013-ün seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, o, komandasının Bakıdakı 73:88 hesablı məğlubiyyəti barədə bunları dilə gətirib:
“Biz Bakıya qələbə qazanmaq üçün gəlmişdik. Bu məğlubiyyət məni çox məyus etdi. Amma Azərbaycan bu gün bizdən yaxşı oynadı. Rəqib düşərgədə xüsusilə üçxallıq atışlar daha yaxşı alınırdı. Seçmə mərhələ hələ yeni başlayıb. Biz oyunumuzdakı çatışmazlıqları aradan qaldırmalı və artıq növbəti oyunları düşünməliyik”.