“Bizə Azərbaycanla oyunda diqqətli olmaq lazımdı”
20 avqust 2012 14:43

Basketbol üzrə İsveç yığmasının baş məşqçisi Bred Din AÇ-2013-ün seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, sabah baş tutacaq qarşılaşma ilə bağlı bunları dilə gətirib:
“Azərbaycan yığmasını qiymətləndirməmək olmaz. Onlar seçmə mərhələyə çox uğurlu başlayıblar. İndi bizimlə oyunda da yaxşı nəticə qazanmağa kökləndikləri şübhə doğurmur. Bizə bu rəqiblə oyunda çox diqqətli olmaq lazımdı. Arxayınlaşmaq olmaz”.

Qeyd edək ki, ilk iki oyununda qələbə qazanan Azərbaycan millisi B qrupunun vahid lideridi.