Azərbaycan millisi İsveçə bu gün yola düşür
20 avqust 2012 00:07

Basketbol üzrə Azərbaycan yığması bu gün İsveçə yola düşəcək. Azerisport.az xəbər verir ki, avqustun 21-də AÇ-2013-ün seçmə mərhələsi çərçivəsində səfərdə bu ölkə millisinin komandası ilə üz-üzə gələcək Elxan Əliyevin yetirmələri oyuna bir gün qalmış səfərə çıxır.
Qeyd edək ki, Azərbaycan millisi Stokholma B qrupunun lideri kimi yollanır. İsveç isə hələlik cəmi bir görüş keçirib və Bolqarıstana məğlub olub.