“Azərbaycan yığmasını məğlub edəcək gücdəyik”
21 avqust 2012 01:55

Basketbol üzrə İsveç yığmasının oyunçusu Yonas Jerebko AÇ-2013-ün seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bu gün baş tutacaq qarşılaşma ərəfəsində bunları dilə gətirib:
“Əminəm ki, biz bu rəqibi məğlub edə biləcək gücdəyik. Baxmayaraq ki, onlar bu oyun öncəsi Bolqarıstanla qarşılaşmada sürprizə imza ataraq, qələbə qazanıblar. Hücumda inamlı oynamalıyıq. Amma müdafiə xəttini də unutmamalıyıq. Əgər Azərbaycanı məğlub edə bilməsək, Avropa çempionatının final mərhələsinə çıxmaq baxımından işimiz çətinə düşəcək”.