Yığmamızın rəqibi baş məşqçisiz qala bilər
21 avqust 2012 12:09

Basketbol üzrə Bolqarıstan yığması baş məşqçisiz qala bilər. Azerisport.az xəbər verir ki, bu ölkənin millisini çalışdıran Rozen Barçovski növbəti iki oyunda da qələbə qazana bilməsə, postundan gedəcək.
Hansı ki, bolqarlar bu görüşləri Almaniya və İsveçə qarşı keçirməli olacaq. Yığmanın çıxışından çox narazı olan Bolqarıstan Basketbol Federasiyası xüsusilə Azərbaycanla səfər matçındakı məğlubiyyəti həzm edə bilmir. Bu üzdən də Barçovskinin postundan gedişi müzakirə mövzusuna çevrilib.