Almaniya ikinci qələbəsini qazanıb, Azərbaycana çatdı
22 avqust 2012 01:19

Ötən gün Stokholmda keçirilən basketbol üzrə AÇ-2013-ün seçmə mərhələsinin İsveç - Azərbaycan oyunundan əlavə B qrupunda daha bir görüş baş tutub. Azerisport.az xəbər verir ki, millimizin rəqiblərindən Almaniya səfərdə Bolqarıstanın qonağı olub.
Qarşılaşma gözlənildiyi kimi, Berti Foqtsun həmyerlilərinin qələbəsi ilə başa çatıb – 82:70. Beləcə, qrupumuzun favoritlərindən olan Almaniya seçmə mərhələdə ardıcıl ikinci qələbəsinə sevinib.
Maraq üçün xatırladaq ki, Bolqarıstan ikinci turda Azərbaycan millisinə də məğlub olmuşdu. Ötən gün isə yığmamız İsveçə məğlub olsa da, B qrupunun vahid lideri olaraq qalmaqdadı.
Basketbol
AÇ-2013-ün seçmə mərhələsi
B qrupu
21 avqust
Bolqarıstan - Almaniya – 70:82
B qrupundakı son durum:
Komanda
|
Oyun
|
Qələbə
|
Məğlubiyyət
|
Top fərqi
|
Xal
|
AZƏRBAYCAN
|
3
|
2
|
1
|
268-247 (+21)
|
5
|
Almaniya
|
2
|
2
|
0
|
183-123 (+60)
|
4
|
Bolqarıstan
|
3
|
1
|
2
|
221-243 (-22)
|
4
|
İsveç
|
2
|
1
|
1
|
169-157 (+12)
|
3
|
Lüksemburq
|
2
|
0
|
2
|
131-202 (-71)
|
2
|