Yığmamız Almaniyaya məğlub oldu (YENİLƏNİB)
27 avqust 2012 22:00

Basketbol üzrə Azərbaycan yığması bu gün Avropa çempionatının seçmə mərhələsi çərçivəsində dördüncü sınağına çıxıb. Azerisport.az xəbər verir ki, yığmamız doğma divarlar arasında Almaniya ilə münasibətlərinə aydınlıq gətirib.
Qeyd edək ki, yığmamız AÇ-2013-ün seçmə mərhələsindəki ilk matçını səfərdə Lüksemburq qarşı keçirmiş və qələbə qazanmışdı – 101-78. Ardından Bakıda Bolqarıstana da qalib gələn (88:73) millimiz səfərdə İsveçə uduzmuşdu – 79:96.
Almaniya isə qrupumuzun aşkar favoriti idi və keçirdiyi ilk üç oyunun hamısında qələbə qazanmışdı. Təəssüf ki, yığmamız da bu rəqibi ilə bacarmayıb və növbəti məğlubiyyətini liderdən alıb.
AÇ-2013-ün seçmə mərhələsi
B qrupu
27 avqust
AZƏRBAYCAN – ALMANİYA - 68:85 (15:17, 19:26, 16:16, 18:26)
Bakı. “Sərhədçi” İdman Kompleksi.
B qrupundakı son durum:
Komanda
|
O
|
Q
|
M
|
Top fərqi
|
Xal
|
Almaniya
|
4
|
4
|
0
|
349-257 (+92)
|
8
|
AZƏRBAYCAN
|
4
|
2
|
2
|
336- 332 (+4)
|
6
|
Bolqarıstan
|
4
|
2
|
2
|
315-311 (+4)
|
6
|
İsveç
|
3
|
1
|
2
|
235-238 (−3)
|
4
|
Lüksemburq
|
3
|
0
|
3
|
199-296 (−97)
|
3
|