Azərbaycan Lüksemburqu darmadağınla yola saldı (YENİLƏNİB)
30 avqust 2012 21:49

Basketbol üzrə Azərbaycan yığması bu gün Avropa çempionatının seçmə mərhələsi çərçivəsində beşinci sınağına çıxıb. Azerisport.az xəbər verir ki, yığmamız doğma divarlar arasında Lüksemburq ilə münasibətlərinə aydınlıq gətirib.
Qeyd edək ki, yığmamız AÇ-2013-ün seçmə mərhələsindəki ilk matçını səfərdə məhz Lüksemburqa qarşı keçirmiş və qələbə qazanmışdı – 101-78. Ardından Bakıda Bolqarıstana da qalib gələn (88:73) millimiz İsveçə və Almaniyaya uduzmuşdu.
Lüksemburq isə qrupumuzun aşkar autsayderi idi və keçirdiyi ilk dörd oyunun hamısında məğlubiyyətlə üzləşmişdi. Elə millimizlə görüşdə də bu komanda sürpriz edə bilmədi. Yığmamız bu qələbəsi sayəsində turnir cədvəlindəki durumunu yaxşılaşdırdı.
AÇ-2013-ün seçmə mərhələsi
B qrupu
30 avqust
AZƏRBAYCAN – LÜKSEMBURQ 95:77 (16:13, 30:23, 22:22, 27:19)
Bakı. “Sərhədçi” İdman Kompleksi.
B qrupundakı son durum:
Komanda
|
O
|
Q
|
M
|
Top fərqi
|
Xal
|
Almaniya
|
4
|
4
|
0
|
349-257 (+92)
|
8
|
AZƏRBAYCAN
|
5
|
3
|
2
|
431-409 (+22)
|
8
|
İsveç
|
4
|
2
|
2
|
346-312 (+34)
|
6
|
Bolqarıstan
|
4
|
2
|
2
|
315-311 (+4)
|
6
|
Lüksemburq
|
5
|
0
|
5
|
350-502 (-152)
|
54
|