Yığmamız Bolqarıstana bu gün yola düşəcək
31 avqust 2012 14:43

Basketbol üzrə Azərbaycan yığması bu gün Sofiyaya yola düşür. Azerisport.az xəbər verir ki, komandamız AÇ-2013-ün seçmə mərhələsi çərçivəsində Bolqarıstana qarşı keçirəcəyi oyundan iki gün öncə səfərə çıxmağa qərar verib.
Qeyd edək ki, Azərbaycan və Bolqarıstan yığmasını B qrupunda üçüncü yer uğrunda gərgin mübarizə gözləyir. Bakıda keçirilən ilk görüşdə millimiz üstün olmuşdu. İndi Elxan Əliyevin komandası eyni uğuru səfərdə də təkrarlamalıdı.