Azərbaycan Bolqarıstana məğlub oldu (YENİLƏNİB)
2 sentyabr 2012 21:55

Basketbol üzrə Azərbaycan yığması bu gün Avropa çempionatının seçmə mərhələsi çərçivəsində altıncı sınağına çıxıb. Azerisport.az xəbər verir ki, yığmamız səfərdə Bolqarıstan ilə münasibətlərinə aydınlıq gətirib.
Qeyd edək ki, yığmamız AÇ-2013-ün seçmə mərhələsindəki ikinci matçını məhz Bolqarıstana qarşı keçirmişdi və qələbə qazanmışdı – 88:73. İndi eyni aqibəti bu komandaya səfərdə də yaşatmaq lazım idi. Amma təəssüf ki, basketbolçularımız bu dəfəki görüşü məğlub başa vurublar.
Maraq üçün xatırladaq ki, Elxan Əliyevin yetirmələri Lüksemburqla hər iki oyunda qələbə qazanıb. Amma İsveç və Almaniya ilə görüşlərdə məğlubiyyətlə üzləşib.
AÇ-2013-ün seçmə mərhələsi
B qrupu
2 sentyabr
BOLQARISTAN – AZƏRBAYCAN - 94:77 (26:13, 11:18, 31:16, 26:30)
B qrupundakı son durum:
Komanda
|
O
|
Q
|
M
|
Top fərqi
|
Xal
|
Almaniya
|
5
|
5
|
0
|
444-324 (+120)
|
10
|
Bolqarıstan
|
6
|
3
|
3
|
480-473 (+7)
|
9
|
AZƏRBAYCAN
|
6
|
3
|
3
|
508-503 (+5)
|
9
|
İsveç
|
5
|
3
|
2
|
431-383 (+48)
|
8
|
Lüksemburq
|
6
|
0
|
6
|
417-597 (−180)
|
6
|